DÜNYA


Hindistanda karantin rejimi mayın 17-dək uzadılıb

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi mayın 17-dək uzadılıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi martın 25-dən tətbiq olunan karantin rejiminin ölkədə virusun yayılmasına qarşı mübarizədə əhəmiyyətli nailiyyətlərə səbəb olması nəzərə alınaraq belə qərar qəbul edib. Karantin rejiminə uyğun olaraq bütün ölkə boyu bəzi qadağalar, o cümlədən hava və dəmir yolu nəqliyyatının, metronun, məktəb, kollec və digər təlim-tədris mərkəzlərinin, mehmanxanaların, kinoteatrların, ticarət mərkəzlərinin, idman zallarının fəaliyyətinə olan qadağalar qüvvədə olacaq. Bundan başqa, bütün siyasi və mədəni tədbirlərin, dini mərasimlərin təşkilinə olan qadağa da davam edəcək.