Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşada karantindən çıxmanın ikinci fazasına başlanılıb

04.05.2020 [23:38]

Xəbərin mətni

Polşada hökumət mayın 4-dən karantin qaydalarının yumşaldılması üzrə ikinci fazanın tətbiqinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu faza üzrə ölkədə bütün ticarət mərkəzləri ( bar və restoranlar istisna olunmaqla), inşaat malları mağazaları, ictimai mədəniyyət mərkəzləri, muzey, sərgi və kitabxanalar, tibbi reabilitasiya mərkəzləri, otel və qonaq evləri fəaliyyətə başlayıb.