DÜNYA


Çinin yeni və iri raketdaşıyıcısı orbitə buraxılıb

Çinin yeni və iri raketdaşıyıcısı olan "Long March-5B"nin Haynan adasındakı Vençan kosmodromundan ilk buraxılışı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, raket Çinin yeni nəsil kosmik gəmisinin və yük kapsulunun sınaq versiyalarını test üçün kosmosa aparıb. Raketdaşıyıcının buraxılışı yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 14:00) baş tutub. Buraxılışdan 8 dəqiqə 8 saniyə sonra eksperimental kosmik gəmisi və yük kapsulunun test versiyası raketdən ayrılaraq planlaşdırılan aşağı orbitə daxil olub.