Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah yağış yağacaq

06.05.2020 [14:11]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Səhər duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 18-21° isti, Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI