CƏMİYYƏT


Gəncədə oğurluq edən şəxslər saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir neçə evdən su qurğuları oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də saxlanılıb.