CƏMİYYƏT


Şəhərin mərkəzi küçəsi növbəti dəfə dezinfeksiya olundu

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri davam edir. Bakının Nizami küçəsi Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti dəfə dezinfeksiya olunub. Səbail rayon 5 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Xamis Osmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq həftənin 2-ci və 5-ci günləri dezinfeksiya işləri davam etdirilir.