CƏMİYYƏT


Metroda havalandırma sistemi necə təşkil olunub

Bakı Metropoliteni"ndə havalandırma iki formada həyata keçirilir.
İlk olaraq qatarlar hərəkət edən zaman porşen sistemi ilə özləri havalandırılır. Qatarlar dayandığı zaman isə ventilyasiya sistemi ilə havalandırma olur. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.