DÜNYA


Qazaxıstanda Qələbənin 75 illiyinə həsr olunan "Əbədi məşəl" aksiyası keçirilib

Qazaxıstanın paytaxtında faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş geniş miqyaslı "Əbədi məşəl" aksiyası keçirilib. Nur-Sultan şəhər akimatının dəstəyi ilə yaradıcı gənclərin yaratdığı aksiyada sakinlər eyvanlarında fənərlər yandırdılar. Böyük Vətən Müharibəsi Qələbə xatirəsinə həsr olunan hərbi və vətənpərvərlik mahnıları ifa ediblər. Bundan başqa paytaxtın əsas görməli yerlərində müharibə qəhrəmanlarına birlik və xatirə rəmzi olaraq əbədi alov təsviri yandırıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır