Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Azərbaycanda 143 nəfərdə koronavirus aşkarlanıb

09.05.2020 [17:06]

Xəbərin mətni

Azərbaycanda daha 143 nəfərdə koronavirus aşkarlanıb, üç nəfər vəfat edib.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün koronavirusun diaqnostikası məqsədilə 7420 test icra olunub. Ümumi test sayı 188 min 950-yə çatıb.