CƏMİYYƏT


65 yaşdan yuxarı şəxslər üçün karantin rejimi yumşaldıla bilər

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı mayın 9-da Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ gündəmdədir. Qarşıdakı günlərdə bununla bağlı qərar veriləcək. Ancaq gənclərin böyükləri qorumaq üçün atacaqları addımlardan da çox şey asılıdır.