CƏMİYYƏT


Qubanın Qamqam kəndində üç otaqlı ev yanıb

Mayın 9-u gecə saatlarında Quba rayonunun Qamqam kəndində 3 otaqlı yaşayış evində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elçin Vəliyevə məxsus altı nəfərin yaşadığı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli evin söndürülməsinə yanğından mühafizə bölməsinin yanğınsöndürən maşınları cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.