CƏMİYYƏT


Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram heroin aşkarlanaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində Rəşad adlı şəxsdən aldığını bildirib.