CƏMİYYƏT


"EuroHome" tikinti materialları bazarında yanğın söndürülüb

EuroHome tikinti materialları bazarında yanğın söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə Fovqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri hadisə yerində olublar.