Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kabildə partlayış: 5 ölü

12.05.2020 [12:04]

Xəbərin mətni

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində hospitalın girişində partlayış baş verib, ardınca xəstəxana naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Partlayışdan sonra tibbi personalın yalnız bir hissəsi binanı tərk edə bilib. Hospital beynəlxalq “Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstan bölməsinin dəstəyi ilə fəaliyyət göstərir.
İnsident zamanı 5 nəfərin öldüyü bildirilir.