CƏMİYYƏT


Qulançar nədir və niyə baha satılır

Min bir dərdin dərmanı, dadlı və vitaminli təbii qida kimi istifadə edilən bitkilərə maraq artmaqdadır. Əsasən də gözəl dadı ilə seçilən “qulançar” (“mərəçüyüd” də deyilir) qida rasionunda geniş yer tutur. Tovuzun dağətəyi ərazilərindən əllə toplanan qulançar zülalla ən çox zəngin olan tərəvəz bitkilərindəndir.
AZƏRTAC xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Tərkibində ən çox zülal olan tərəvəzlərdən sayılır. Qərb bölgəsində indi qulançar yığımının vaxtıdır. Məhsul əllə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb satılır. Əhalinin bu bitkiyə tələbatı çox olduğundan qiyməti də bahadır.