Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində dünyanın ən böyük amfibiya təyyarəsinin növbəti sınağı keçirilib

11.05.2020 [19:56]

Xəbərin mətni

Çində dünyanın ən böyük amfibiya təyyarəsi olan AG600-ün növbəti sınağı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Hubey vilayətinin Cinmen şəhərində keçirilmiş sınaq zamanı təyyarənin suya girmə, suda hərəkət və dönmə, sudan havaya qalxma və suya enmə, sahilə çıxma yoxlamaları həyata keçirilib. Bütün sınaq bir saata yaxın davam edib.