Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polis və Daxili Qoşunların əməkdaşlarından ibarət naryad qrupları paytaxtda xidmətlərini davam etdirirlər

12.05.2020 [16:25]

Xəbərin mətni

Paytaxtda əhalinin sıx olduğu ictimai yerlərdə, küçə və prospektlərdə polis əməkdaşlarından və Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları xidmətlərini davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, avtobus dayanacaqlarında, metronun stansiyalarının girişlərində, bankların və poçt xidmətlərinin qarşısında patrul naryadlarının sayı artırılıb.