DÜNYA


Çin "Əşyalar interneti" əsaslı iki peyki orbitə çıxarıb

Çin mayın 12-də "Əşyalar interneti" ("Internet of Things) sahəsi üzrə sınaqlar aparmaq üçün 2 rabitə peykini orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, "Xingyun-2 01" və "Xingyun-2 02" adlı peykləri orbitə "Kuaizhou-1A" raketdaşıyıcısı çıxarıb. Raketin buraxılışı yerli vaxtla saat 09:16-da (Bakı vaxtı ilə 05:16) Ciuçuan məntəqəsində baş tutub. Bildirilir ki, peyklər planlaşdırılan orbitə daxil olublar.