DÜNYA


Çinin Sədri 1500 il yaşı olan Yünqan mağaralarını ziyarət edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Şensi vilayətində 1500 il yaşı olan Yünqan mağara kompleksini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, UNESKO-nun Dünya İrs Siyahısına daxil edilən mağaraları “bəşər sivilizasiyasının incisi” adlandıran Si Cinpin tarixi məkanın mühafizəsinin vacibliyini vurğulayıb. O, Yünqan mağaralarının ənənəvi Çin mədəniyyəti ilə yanaşı, digər ölkələrlə mədəni mübadiləni də nümayiş etdirdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır