CƏMİYYƏT


DİN metro sərnişinlərinə bir daha xəbərdarlıq edib

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 9-undan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər.
Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.