CƏMİYYƏT


Son günlər yağan yağışlar əkin sahələrindəki suya olan tələbatı təmin edib

Son günlər qərb bölgəsinə yağan yağışlar bəzi fəsadlar yaratsa da, fermerlərin ürəyincə oldu. Çünki bölgəyə yaydan bəri yağıntı düşmürdü və quraqlıq hökm sürürdü. Elə buna görə də fermerlər payızda əkdikləri dənlik bitkilərin məhsuldarlığının aşağı olacağından narahat idi.
AZƏRTAC xəbər verir ki, tovuzlu fermerlər hava şəraitinin quraq keçməsinə baxmayaraq, səpin işləri aparmış və sahədə bütün lazımi aqrotexniki qulluq işlərini həyata keçirmişdilər. Qalırdı suvarma məsələsi... Əsas narahatçılıq da taxılçılıq sahəsində idi. Buna görə də son günlər yağan yağışlar fermerlərin sevincinə səbəb oldu. Mayın əvvəlindən yağan və bir neçə gün davam edən yağıntı əkin sahələrindəki suya olan hazırkı tələbatı təmin etmiş oldu.