MƏDƏNİYYƏT


Həkimlərə həsr edilən yeni mahnı təqdim olundu

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva bu dəfə həkimlər üçün oxuyub.
AZƏRTAC xəbər verir ki, sözləri Mirmehdi Seyidzadəyə aid olan “Mehriban həkim” mahnısının musiqisi Sevinc Ağasıyevaya, aranjımanı Samir Şirinova aiddir.
“Mehriban həkim” mahnısına “İctimai Televiziya” tərəfindən klip də çəkilib. Klipin rejissoru Vüsal Həmdullayevdir. Bəllidir ki, koronavirusla mübarizədə həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin üzərinə böyük yük düşür. Elə buna görə də “Mehriban həkim” layihəsi öz işini məsuliyyətlə görən, vicdanlı həkimlərə həsr olunub.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır