DÜNYA


Uxanda bütün əhalinin koronavirus testindən keçirilməsinə başlanılıb

Yeni növ koronavirusun Çində ilk aşkarlandığı və ən çox yayıldığı Uxan şəhərində bütün əhalinin COVID-19 üçün nuklein turşu (RNT) testindən keçirilməsinə başlanılıb.
AZƏRTAC Uxan şəhər hökumətinə istinadla xəbər verir ki, epidemiya ilə mübarizə üzrə operativ qərargah 35 günlük fasilədən sonra mayın 9-da ilk dəfə olaraq altı yeni yoluxma faktı qeydə alındığı üçün bütün sakinlərin 10 gün ərzində test edilməsi barədə qərar qəbul edib. Test prosesi hər bir yaşayış zonalarında əhali sıxlığı və sakinlərin sayı nəzərə alınmaqla xüsusi plan əsasında aparılır.