CƏMİYYƏT


Lənkəranda xüsusi karantin rejiminin tələblərinə nəzarət gücləndirilib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejimin tətbiq edilməsinə nəzarət Lənkəran rayonunda da gücləndirilib. Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların, və digər idarələrin qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb. Polis əməkdaşları tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməsinin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruri olduğu qeyd edilib.