Muğanlı-İsmayıllı yolunu sel basıb
15.05.2020 [10:31]
Xəbərin mətni
İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel-suları fəsadlar törədib. AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, bir neçə saat davam edən leysan yağışlarından sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb. Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb.