MƏDƏNİYYƏT


Azərbaycan xalq mahnısı yeni aranjimanda

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə ərsəyə gələn yeni beynəlxalq layihə Azərbaycan xalq mahnısının yeni aranjimanda tanınmış musiqiçilər tərəfindən təqdimatından ibarətdir. Layihədə 11 yaşlı azərbaycanlı gənc istedad, “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülmüş Bülbül adına orta ixtisas musiqi məktəbinin “Klassik fortepiano və bəstəkarlıq” sinfinin şagirdi Məhəmməd Allahverdiyev tanınmış caz ifaçıları - Azərbaycanın Əməkdar artisti, bas-gitara ifaçısı Ruslan Hüseynov və Danimarkadan olan zərb alətləri ifaçısı Deodato Siquirlə bərabər “Gül açdı” Azərbaycan xalq mahnısını ifa ediblər.