Bakıda odlu silah gəzdirən keçmiş məhkum saxlanıldı
15.05.2020 [15:42]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Sabunuçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb.