Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeniyetməyə qarşı xuliqanlıq edən qızlar saxlanılıblar

16.05.2020 [12:10]

Xəbərin mətni

Sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi polis mayoru Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z.Musayevanı naməlum şəxslər xuliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında onlayn formada yayımlanıb.