DÜNYA


Xəstəxanada gərgin anlar: Macron tibb işçilərinin qəzəbi ilə qarşılaşdı

Fransanın paytaxtı Parisdəki Pitie-Salpetriere xəstəxanasını ziyarət edən Prezident Emmanuel Macron, tibb işçilərinin qəzəbi ilə qarşılaşıb.
Macronun yolunu kəsən bir tibb bacısı daha yaxşı iş şəraiti və yaxşı maaş tələb etdiklərini bildirib: "Biz ümidsizik və artıq sənə inanmırıq", deyən tibb bacısı uzun müddət eyni maskanı ​​istifadə etdiklərini deyib. " Biz Avropanın utancıyıq" deyə, tibb bacısı etirazını bildirib.
Macron, tibb bacısının etirazına cavab olaraq, COVID-19 ilə mübarizənin qiymətli olduğunu, bu işdə müsbət enerjinin düşməməsinin və çarəsizliyə qapılmamağın vacibliyini bildirib: "Mən söz verməmişəm. Bu mövzuda mənə inanmamaqda haqqlısınız, çünki mən söz vermirəm", deyə Macron əlavə edib.