MƏDƏNİYYƏT


Eurovision-2021 mahnı yarışması Rotterdamda keçiriləcək

Eurovision-2021 mahnı yarışması Rotterdamda keçiriləcək. Yarışma bu il mayın 12-16-da Rotterdamda baş tutmalı idi. Amma pandemiya səbəbindən müsabiqə bu il təxirə salındı. Buna baxmayaraq, müğənnilərin onlayn iştirakı ilə "Europe Shine A Light" şousu təşkil olunub. Şou canlı yayımlanıb və Azərbaycanda İctimai Televiziya vasitəsilə nümayiş olunub. Konsertdə Azərbaycanın təmsilçisi Samirə Əfəndinin "Kleopatra" mahnısına klipi təqdim olunub. Gələn ildə də Azərbaycanı Samirə Əfəndinin təmsil edəcəyi qeyd olunur.