CƏMİYYƏT


Sabah Bakıda 24 dərəcə isti olacaq

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə Abşeronda 11-14° isti, gündüz 21-25° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 22-24° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır