CƏMİYYƏT


Yasamal RİH vətəndaşlara pulsuz maska payladı

Məlum olduğu kimi bu gündən ölkədə xüsusi karantin rejiminin qaydalarının bir qismi aradan qaldırılıb. Artıq insanlar evdən çıxmaq üçün SMS icazə almırlar. Bu da daha çox insanın təmasda olması ilə nəticələnir. Bu gün TƏBİB maskalardan istifadənin və sosial məsafənin saxlanılması ilə bağlı əhaliyə bir daha müraciət edib. İnsanların maskalardan istifadəsini təmin etmək üçün aksiyalar davam edir. Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə könüllülər bugün maska taxmayan insanlara pulsuz maska paylayıb.