Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb

18.05.2020 [17:12]

AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O qeyd edib ki, hazırda 3 387 ümumi yoluxan var.