Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peyvənd yaradılana kimi bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil

18.05.2020 [17:57]

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O qeyd edib ki, bu xəstəliyin nə zamana kimi davam edəcəyini bilmirik. Biz bəzi qaydalara əməl etsək, xəstəlik də qısamüddətli olar. İnsanlar qarşısında çətin şərtlər qoymuruq. Onlar bir-birləri arasında məsafə saxlamalıdırlar. Qapalı şəraitdə mütləq şəkildə tibbi maskalardan istifadə edilməlidir.