DÜNYA


Hindistanda koronavirusa yoluxanların sayı 100 mini ötüb

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4970 yoluxma və 134 ölüm qeydə alınıb.
AZƏRTAC Hindistanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da ölkədə yoluxanların ümumi sayı 101 min 139 nəfərə, ölənlərin sayı isə 3163-ə çatıb. Hindistan yoluxanların sayına görə dünya üzrə 11-ci sıradadır. Səhiyyə Nazirliyi indiyədək 40 minə yaxın xəstənin sağaldığını, sağalma göstəricisinin 38 faiz təşkil etdiyini açıqlayıb. Ölənlərin 70 faizindən çoxunda yanaşı xəstəliklər olub. Ən pis vəziyyət Maharaştra, Tamil Nadu, Qucarat ştatlarında və paytaxt Dehlidədır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır