Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ata 8-ci mərtəbədə qızı üçün yelləncək düzəltdi - görənləri vahimə bürüdü

20.05.2020 [18:38]

Karantinin tətbiq olunduğu Porto Rikoda bir atanın 8-ci mərtəbədə yerləşən evinin eyvanında uşağına düzəltdiyi yelləncək hamını qorxuya saldı.
AZƏRTAC "The Mirror"a istinadən xəbər verir ki, videonu jurnalist Jonathan Padilla özünün twitter səhifəsində paylaşıb.
Uşağını 8 mərtəbədə yelləncəkdə yelləyən atanın görüntüsü sosial mediada müzakirəyə səbəb olub.