SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə iki tərəfli komanda-qərargah təlimi davam edir. Təlimin rəhbəri, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev tərəfindən təlimə əlavə qüvvələrin cəlb edilməsi ilə əməliyyat şəraiti qərargahlar üçün daha da mürəkkəbləşdirilib. Komanda məntəqələri arasında informasiya mübadiləsinin bütün növ rabitə vasitələrinin kompleks tətbiqi ilə təmin edildiyi təlimdə rabitə vasitələrinin aktiv radioelektron mübarizə şəraitində istismarı sınaqdan keçirilir.