Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin qanunverici orqanının təxirə salınan illik sessiyası başlayıb

22.05.2020 [15:44]

Xəbərin mətni

Çinin paytaxtı Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) koronavirus böhranı ilə əlaqədar təxirə salınmış üçüncü sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər. Əvvəlcə Çində yeni növ koronavirus (COVID-19) qurbanlarının və epidemiya ilə mübarizədə həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.