Ramin Bayramlı: İyun ayında toyların keçirilməsi gözlənilmir
22.05.2020 [17:36]
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. TƏBİB sədri qeyd edib ki, iyun ayında toyların keçirilməsi gözlənilmir. Hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır. Əhaliyə bununla bağlı planlaşdırmalar aparmaq tövsiyə edilmir.