Anar Kərimov: Biennalenin sülh mədəniyyəti mövzusu “Bakı Prosesi”də müzakirə olunan məsələlərlə üst-üstə düşür
25.05.2020 [19:27]
Xəbərin mətni
Beynəlxalq Afrika Günü münasibətilə UNESCO və Afrika İttifaqının birgə təşkilatçılığı ilə “Sülh mədəniyyətinə dair I Biennale” adlı onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn konfransda UNESCO-nun Baş direktoru Odre Azule, qurumun Afrika prioriteti və xarici əlaqələr üzrə baş direktorun müavini Firmin Eduard Matoko, Afrika ölkələrinə humanitar yardım etmiş ölkələrin qurumdakı daimi nümayəndəliklərinin rəhbərləri, o cümlədən Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, eləcə də Afrika İttifaqının sosial məsələlər üzrə kommisarı, Afrika ölkələrinin səfirləri iştirak ediblər.