MƏDƏNİYYƏT


Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasından 10 il ötür

Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasının 10 illiyi qeyd olunur. 2010-cu il mayın 25-də fəaliyyətə başlayan akademiya Türk dünyasının tarixi, dili, ədəbiyyatı və mədəniyyətini qədim dövrlərdən bu günə qədər tədqiq edir.

AZƏRTAC xəbər verir ki, akademiyanın yaradılması təşəbbüsü 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Akademiya Türkdilli Dövlətlərin elm və təhsil sahəsində əlaqələndirmə və inteqrasiya vəzifəsini yerinə yetirir.