CƏMİYYƏT


Hər il xaricdən ölkəmizə ana arıları gətirilib satışa çıxarılır

Arıçılığı inkişaf etdirmək üçün cins ana arıların yetişdirilməsi vacib şərtlərdəndir. Ölkəmizdə yerli cinslər olmasına baxmayaraq, hər il xaricdən ana arıların gətirilib satışı həyata keçirilir. Əsasən yaz aylarından gətirilən bu arıların indi pandemiya üzündən satışına rast gəlinmir. Bu da arıları ixrac edən ölkələrdə pandemiyaya görə karantin rejiminin tətbiqi ilə əlaqədardır.