Türkiyənin “Demokratiya və Azadlıqlar Adası”nın açılışı olub
27.05.2020 [20:18]
Türkiyə demokratiyasının rəmzi hesab edilən, əsası yaşıllıqdan ibarət və yenidən qurulan bu adanın ərazisi 18 hektardır. Burada “Adnan Menderes” konqres mərkəzi, “27 May Tarix Yaylası” və “Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar, otel, məscid, sərgi zalları, kitabxana, kafe və restoranlar inşa edilib.