SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işləri davam edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir. Hazırda Əlahiddə Ümumqoşun Ordunun Şahbuz şəhərində yerləşən hərbi hissəsində bir əsgər yataqxanası əsaslı təmir edilir və hərbi şəhərcikdə isə yeni yaşayış binası tikilir. Güclü müdafiə qüdrətinə malik olan Naxçıvan Muxtar Respublikasında hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Ordu, birlik, birləşmə və hissələrdə əsgəri-məişət kompleksləri, təlim-tədris mərkəzləri, qərargah binaları və xəstəxanalar tikilib, sıra meydanı və idman şəhərcikləri salınıb.