DÜNYA
İstanbulda fabrikdə partlayış baş verib
29.05.2020 [12:41]
Xəbərin mətni
İstanbulun Başakşehir rayonunda yerləşən bir fabrikin qazanxana bölümündə partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, bir nəfər həlak olub.
İki nəfərin dağıntılar altında qaldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər çəlb olunub.