MƏDƏNİYYƏT
Respublika Günü münasibətilə Türkiyənin “Bengü Türk” televiziyasında xüsusi veriliş yayımlanıb
29.05.2020 [09:00]
Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti verilişi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Səidə Ömərin təqdimatında bir ildən artıq Azərbaycan həqiqətləri ilə Türkiyə ekranlarına gələn proqramın növbəti nömrəsində Türkiyənin məşhur sənətçiləri yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq evlərindən videogörüntü ilə Azərbaycanı salamlayıb, ürək sözlərini canlı ifalarla çatdırıblar.Verilişdə, Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub, S.Ömərin ifasında Azərbaycanın görkəmli şairlərinin şerlərini səsləndirilib, milli rəqslər ifa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
03.06.2023 [22:08]
03.06.2023 [21:46]
03.06.2023 [21:26]