CƏMİYYƏT


Bayram günlərində restoran və kafelərdə vəziyyət necədir?

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 18-dən xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. İşçilərin maska və əlcəklərdən istifadə etməsi, eləcə də müştərilərin sosial məsafə ilə əyləşdirilməsi vacibdir. Müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək olmalıdır. Restoran inzibatçıları bildirir ki, işçilər tərəfindən sanitar-epidemioloji qaydalara əməl olunur, müştərilərin də bu qaydalara əməl etməsi tövsiyyə olunur.