CƏMİYYƏT


İbrahim Məmmədov: Tibbi maskaların istifadəsi məcburidir

AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O qeyd edib ki, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir.