Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah məşqi keçirilib
29.05.2020 [19:23]
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib. Əlahiddə Ümumqoşun Orduda keçirilən növbəti birgə komanda-qərargah məşqində əsas diqqət qoşunların qısa zamanda döyüşə hazırolmasının təmin edilməsi üzrə tapşırıqların icrasına yönəldilib.