"Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx
30.05.2020 [13:00]
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan "Metodiki Göstərişlər"lə daha yaxından tanış olması üçün TƏBİB və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, budəfəki videoçarx "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında hazırlanıb.